Azərbaycanlı caz ifaçısı, gənc vokal istedadı Albina Pyakşeva faciəvi şəkildə həyatını itirib.

Dünya

Azərbaycanlı caz ifaçısı, gənc vokal istedadı Albina Pyakşeva faciəvi şəkildə həyatını itirib.

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva sosial şəbəkə paylaşımında bildirib.

O qeyd edib ki, 1993-cü il təvəllüdlü Albina Pyakşeva ABŞ ilə Meksika arasındakı sərhəd-keçid məntəqəsini keçməyə çalışarkən öldürülüb.

Xatırladaq ki, Albina Pyakşeva Bakı Caz Festivalının “I am Jazzman” adlı müsabiqəsində finala yüksəlmişdi və “Səs Azərbaycan” layihəsində çıxışı ilə tamaşaçıların rəğbətini qazanmışdı.

İfaçının ölümünün səbəbləri və hadisənin detalları hələlik açıqlanmayıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir