Ukraynanın Azərbaycandakı səfirliyi və Millət vəkili, iqtisad elmləri doktoru, Ukrayna-Azərbaycan dostluq qrupunun rəhbəri professor Əlibala Məhərrəmzadənin dəstəyi ilə müharibədə ata analarını və evlərini itirmiş Ukraynalı uşaqlar Quba Şahdağ Truskavets Sanatoriyasında dincəlir psixoloji və fiziki reabilitasiya prosedurlarından istifadə edirlər.
Bu gün “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Tünzalə Abduləlimova valideyn himayəsindən məhrum olmuş Ukraynalı uşaqları çay süfrəsinə dəvət etmiş və hər birinə milli ornamentli hədiyyələr təqdim etmişdir.





MM.AZ