Nizami Gəncəvi Muzey Kompleksinə yeni direktoru

Mədəniyyət
Qərbi Azərbaycanın Çəmbərək rayon Toxluca kəndindən olan el oğlumuz Əliyev Teymur Ayaz oğlu Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin əmrinə əsasən iri mədəniyyət ocağı olan Nizami Gəncəvi Muzey Kompleksinə yeni direktor vəzifəsinə təyin olub.
Teymur Əliyev əmək fəaliyyətinə 2012-ci ildə Gəncə şəhərindəki tədris mərkəzlərinin birində menecer, şöbə müdiri, direktor kimi başlayıb. Daha sonra Bakı şəhərində fəaliyyət göstərən “Qlobal Karyera İnstitutu”nun direktoru olub.
2018–2021-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2021–2025-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Aparat rəhbəri vəzifəsini icra edib.
O, İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Rusiya, Kipr və sairə ölkələrdə keçirilən beynəlxalq konfrans, həmçinin seminarlarda Azərbaycanı təmsil edib. Ümumilikdə 430 yerli və 89 beynəlxalq layihənin rəhbəri olub.
El oğlumuzu təbrik edib fəaliyyətində uğurlar arzu edirik.  MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir