Azərbaycanın xaricdəki bütün diplomatları Bakıya ÇAĞIRILDI

Siyasət

Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Bakıya dəvət edilib.

Diplomatlar xarici işlər naziri və nazir müavinləri ilə görüşəcəklər.

Görüş zamanı geosiyasi vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, birisi gün – iyulun 9-da diplomatların peşə bayramıdır. Hər il bu məqsədlə diplomatlar Bakıya toplaşırlar.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir