İran prezidenti Məsud Pezeşkian Gilan vilayətinə səfəri zamanı çıxış edərək, “12 günlük müharibə” zamanı qonşu ölkələrin göstərdiyi həmrəyliyi və Azərbaycana son səfərini şərh edərkən deyib:
“Ölkədə mövcud olan daxili birlik qonşu dövlətlərlə əlaqələrimizə və əməkdaşlığımıza da şamil edilməlidir. Bu, Ali Məqamlı Rəhbərin təkid etdiyi ən mühüm vurğulardan biridir. Qonşularla münasibətlərimiz həmrəylik və qardaşlıq əsasında qurulmalıdır. 12 günlük müharibə zamanı Azərbaycan bizə humanitar yardım göstərməyə hazır olduğunu bildirən və İsrailin təcavüzünü pisləyən dövlətlərdən biri idi”

MM.AZ