Azərbaycanda Nigah haqqında dəyişiklik

ölkə

    Azəbaycanda Milli Məclis Nigah haqqında dəyişiklik ediblər.
Əvvəllər belə bir qayda var idi: əgər bir kişi və qadın rəsmi nikaha girməmişdilərsə, amma faktiki ər-arvad kimi bir yerdə yaşayırdılarsa və onlardan biri vəfat etmişdisə, sağ qalan şəxs məhkəməyə müraciət edərək bu münasibətin tanınmasını istəyə bilərdi. Məhkəmə də baxıb qərar verirdi ki, bunlar faktiki ər-arvad olublar:

“İndi Milli Məclis bu qaydanı qanundan çıxarıb. Yəni artıq belə hallar üzrə məhkəmə qərarı ilə faktiki nikahın tanınması mümkün olmayacaq. Çünki bu qayda, əslində, yalnız 1944-cü ildən əvvəlki dövr üçün nəzərdə tutulmuşdu. Yəni 1944-cü ildən əvvəl kişi və qadın evli olsalar da, nikahı rəsmiləşdirməmişdilərsə, bu qayda onların hüquqlarını qoruyurdu. Ancaq indi artıq 80 ildən çox vaxt keçib. Belə insanlar ya vəfat edib, ya da artıq bu qaydanın onlara bir faydası yoxdur. Yəni bu cür hallar artıq reallıqda olmur”.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir