Abdulla Şaiqi saxta səs verməyə məcbur edən QAYNATA

Tarix
Qayınatası bir gün Abdulla Şaiqə deyir ki, məhəllə böyükləri xahiş ediblər ki, deputat seçkilərində Həsən bəy Zərdabiyə yox, Hacı Aslana səs verək. Abdulla Şaiq sonralar yazır ki, məcbur qalıb belə etdik. Amma çalışırdım ki, Həsən bəy Zərdabinin gözünə görünməyim. Utanırdım. Bir gün qarşıma çıxdı, qaçmağa yer olmadı. Üz-üzə gəldik. Dedi, Mirzə, mən savadlıyam, yoxsa Hacı Aslan? Dedim, sən… Dedi, millətə kimin xeyri çoxdur mənim, ya Hacı Aslanın? Dedim, sənin. Zərdabi cavabında mənə belə dedi: Mirzə, seçildim ya seçilmədim, mənə ziyan dəyməz, amma millət yazıqdır axı… nə olursa millətə olur.

MM.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir