Azərbaycandan gətirilən meyvə Rusiyaya buraxılmadı

Dünya

Rusiyada Azərbaycandan gəlmiş daha bir meyvə partiyasının satışına icazə verilməyib.

İyulun 5-də Azərbaycandan Krasnodardakı müvəqqəti saxlanc anbarına daxil olmuş ümumi həcmi 18 ton olan 2 təzə şaftalı və nektarin partiyasında karantin fitosanitar nəzarəti zamanı Rusiya Federasiyası üçün karantin növünə aid diri imaqolar – “western flower thripellaligandes” (F. thripellaligandes) aşkar edilib.

Yoluxmuş karantin məhsullarının idxalı qadağan edilib.

Bundan əvvəl “Rosselxoznadzor” Azərbaycandan idxal edilmiş kənd təsərrüfatı məhsullarına bir neçə dəfə qadağa qoyub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir