SSRİ dövründə Qarabağda konsert keçirilir Flora Kərimova Qarabağ şikəstəsi OXUYUR

Mədəniyyət

SSRİ dövründə Qarabağda konsert keçirilir. Şövkət Ələkbərovadan sonra səhnəyə erməni müğənni çıxaraq Qarabağ şikəstəsini zildən oxuyur. Sonra səhnəyə çıxan Flora Kərimova konsertin proqramındakı mahnını yox, Qarabağ şikəstəsini daha yüksək səslə ifa etməklə hamını təəccübləndirir. Lakin Bakıya qayıtdıqdan sonra Azərbaycanın Mədəniyyət Nazirliyi bunu milli təəssüb hissi kimi qiymətləndirərək onu bir müddət səhnədən kənarlaşdırır. Flora xanıma Ermənistanın xalq artisti adı verilsə də o bu addan imtina edir. Belə olduqda ona uzun müddət fəxri ad verilmir. Flora xanıma Xalq artisti fəxri adı 1992-ci ildə verilib. O, bununla müstəqil Azərbaycanda ilk fəxri ad alan qadın sənətçi olub. Ermənilər Topxana meşəsini dağıdıb Azərbaycana ərazi iddiaları qaldıranda Flora xanım Bakıda Azadlıq Meydanında buna etiraz edən ilk qadın sənətçi olub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir