“Azərbaycanda deyirlər ki, Paşinyan bizim adamdır”

Siyasət

“Bu gün söhbət çoxlarının düşündüyü kimi təkcə Qarabağdan deyil, Ermənistanın məhv edilməsindən gedir”.

Bunu erməni türkoloq Tiran Lokmaqozyan deyib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gətirilməsi məqsədli olub. “Əvvəlcə mən də fikirləşdim ki, onları ancaq Qarabağı vermək xatirinə gətiriblər. Lakin Ərdoğanın “Paşinyan konstruktivdir” açıqlamasından sonra anladım ki, məsələ Türkiyənin himayəsinə girməkdən gedir”.

Lokmaqozyan deyib ki, Azərbaycanın əhalisi ermənilərə gülür. “Onlar kimin kim olduğunu mükəmməl başa düşürlər. Azərbaycanda Paşinyana “bizim adamdır” deyirlər”.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir