11 iyul 2025-ci il tarixində Saatlı Olimpiya İdman Kompleksində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı yeniyetmələr arasında atletika üzrə yarış keçirilib. Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman növlərinin yeniyetmələr arasında inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmələr idmanın bu növünə marağının artırılması, olimpiya dəyərlərinin və sağlam həyat tərzinin təbliği, perspektivli uşaqların üzə çıxarılması olub. 100, 200, 400 metr məsafəyə qaçışda müvafiq olaraq I, II və III yerləri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU