Polad Həşimovun həyat yoldaşı Ofelya xanım: “Polad kəndə toya gələndə məni görübmüş.
Ancaq adımı, kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. İkinci dəfəydi məni görür, elə danışır, sanki dünən ayrılmışıq. “Gəncəyə gəlmişdim, dedim, bir gəlim səni də görüm. Hə, necəsən?”, – dedi. 10-15 dəqiqə söhbət etdik. Gümüş üzük uzatdı mənə: “Gör barmağına olur bu üzük?”, – dedi və getdi. Sanki mənə evlilik təklifi edib, “hə” cavabı alıb, qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mən istədiyim insandır.. Nikah mərasimində mənə sual veriləndə ki, Poladın soyadını qəbul edirsiniz? Polad məndən əvvəl cavab verdi: “Yox, dəyişməyəcək. Onun öz soyadı öz adına daha çox yaraşır. Onsuz da o, bir ömür mənim həyat yoldaşım olacaq”.
MM.AZ