Arvadıma dedim səhv basırsan ,elə bu vaxt dənizə düşdük

Hadisə

Sumqayıt şəhərində dənizdə maşın batıb.

Hadisə Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş verib.
İki  nəfər dənizin sahilində – suyun dayaz olduğu yerdə “tryuk”lar etmək istəyərkən avtomobil quma batıb. Hadisə yerinə Polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, insanların istirahət etdiyi ərazidə idarəetmə hüququ olmadan “Hundai” markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı imiş .Ancaq onlar çox keçmədən polis şöbəsinə dəvət olunub. Məlum olub ki, avtomobil qadına sürücülük öyrədilməsi məqsədilə verilib.

Onlar izahatlarında etdiyi bu qanun pozuntusundan peşman olduqlarını bildiriblər. Hər iki şəxs barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib olunub.

MM.AZ

 

 

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir