Bir neçə gündür, sərin havalardan sonra ölkə ərazisində temperatur sürətlə yüksəlməyə başlayıb. İyulun 14-də bəzi bölgələrdə 40 dərəcəyə çatan istilər qeydə alınacaq. Sinoptiklər qarşıdakı günlərdə havanın daha da isti və quraq keçəcəyini bildirir. Lakin istilik rekordlarının qırılması ehtimalı hələ də qeyri-müəyyəndir. Bildirilir ki, iqlim dəyişiklikləri və yerli amillər bu proqnozlara təsir göstərə bilər.
“Azərbaycan subtropik iqlim qurşağında yerləşir və bu, quru subtropik iqlimə aiddir. Bu iqlim tipinin xüsusiyyətləri isti və quru yaylar, mülayim və rütubətli qışlar şəklində özünü göstərir. Hazırda yay fəslindəyik və iyul ayına uyğun olaraq isti hava şəraiti müşahidə edilir. 41 dərəcə isti faciəvi hal deyil. İrəliləyən günlərdə hərarətlə bağlı hər hansı bir rekord qırılmayacaq, hava temperaturu normal olacaq. Bəzi bölgələrdə günəş altında temperatur 42-43 dərəcəyə qədər yüksələ bilər”.
MUASİRMEDİA.Z