Hörmətli Kəramət Böyükçöllə ayın 19-20-də “Elmlər Akademiyası”nın parkında kitablarımızı satacağıq. Təbii ki, ilk məqsəd Oxucuları kitabla yenidən qovuşdurmaqdır. Bu dəfə həm də hədəflərimiz var: Kəramət təkərli “Kitab Köşkü”nün tamamlanması üçün satacaq kitablarını. Mənim isə xəstəliyə qalib gəlmək üçün vəsaitə ehtiyacım var. “Selcanın Məmləkəti” bu dəfə xərçəngə qarşı apardığım mübarizədə yanımda olacaq və… təbii ki, Selcanım da mənimlə birlikdə çiyindaşım olacaq. Ayrıca, uzun müddətdir mənimlə görüşmək istəyən Oxucularımla da görüşmək imkanlarımız olacaq.
Bax belə… Həyatdır bu… Bir kitab satışını şölən kimi, bir kitab satışını isə xəstəlikdən xilas olmaq üçün keçirirsən. Və… mən Sizi gözləyəcəyəm.
MM.AZ