Ayaz Arabaçının Milli Qəhrəman Natiq Qasımova həsr etdiyi “Səssiz qalmayan zəfər” kitabının təqdimatı keçirilib

Hadisə
Ayaz Arabaçının Milli Qəhrəman Natiq Qasımova həsr etdiyi “Səssiz qalmayan zəfər” kitabının təqdimat mərasimi böyük maraq və ehtiramla keçirildi.
Tədbirdə şəhidin qardaş və bacısı, ailə üzvləri, ictimaiyyət nümayəndələri və media iştirak edirdi.
Çıxış edənlər Milli Qəhrəmanın cəsarətini, vətənə sədaqətini və onun örnək həyat yolunun gələcək nəsillər üçün əsl ilham mənbəyi olduğunu vurğuladılar.
Təqdimat mərasimini şəhidin əziz xatirəsinə dərin ehtiramın və milli ruhun yaşadılmasının bariz nümunəsi hesab etmək olar. Tədbir boyunca səmimi və duyğulu anlar yaşandı, hər kəsə ürək sözlərini deməyə imkan verildi, kitabdan seçilmiş parçalar səsləndirildi və qəhrəman ehtiramla yad edildi. Bir sözlə, hər şey çox möhtəşəm idi. Dəyərli şairimizi təbrik edirəm.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir