Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər. Cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.
Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Onlar əhdlərini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıb və təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU