İmişli rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.
Hadisə günorta saatlarında qeydə alınıb. Araz çayının İmişli rayonu Göbəktala kəndindən keçən hissəsində baş verib. Balıq tutan yeniyetmə Süleyman Cahangirli çaya düşərək boğulub. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU