İyulun 14-də Milli Məclis “Media haqqında” Qanuna təklif edilən dəyişiklikləri qəbul edib. Dəyişikliklər media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliklərinin media subyekti kimi tanınmasını nəzərdə tutur.
Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq və onların saytlarına giriş məhdudlaşdırılacaq.
Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək. Eyni zamanda, mediada saxta məlumatların dərcinə qadağa qoyulur.
Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və 5 xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.
MUASİRMEDİA.AZ