Şəhidi VÜSAL İslam oğlu Vəliyevin mövlud günüdür.

HƏRBİ
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Həmlə taborunun komandiri, İkinci Qarabağ müharibəsi şəhidi VÜSAL İslam oğlu Vəliyevin (15 iyul 1988, Dizə, İliç rayonu – 9 noyabr 2020, Şuşa rayonu) mövlud günüdür.
Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndində anadan olmuşdur. 1994–2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002–2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil almışdır. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurmuşdur.
Əziz xatirəsini hörmətlə yad edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir