Gürcüstan Rusiyanın deportasiya etdiyi ukraynalıları ölkəyə BURAXMIR

Dünya

Gürcüstan Rusiya tərəfindən deportasiya olunan 80 Ukrayna vətəndaşını ölkəyə buraxmaqdan imtina edir.

həmin şəxslər iyunun ikinci yarısından bəri Rusiya ilə sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsində saxlanılırlar.

Onlara yardım göstərən könüllülər bildirirlər ki, həmin şəxslər antisanitar şəraitdə yaşayırlar.

Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze “Imedi” telekanalına açıqlamasında deyib ki, sözügedən Ukrayna vətəndaşları cinayətkarlardır və ağır, xüsusilə ağır cinayətlərə görə cəza çəkiblər. Bundan əlavə, onların heç bir sənədi yoxdur və bu şəxsləri Gürcüstan ərazisinə buraxmaq böyük riskdir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir