Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb
Rusiya təhlükəsizlik qüvvələri yenidən Voronejdə bazarda azərbaycanlıları saxlayıb.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər.
Məlumata görə, saxlanılanlar arasında azərbaycanlılarla yanaşı, tacik və özbək əsilli şəxslər də var.
MM.AZ