Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyanın Nijni Novqorod hava limanında azərbaycanlı polis rəisinin həbsini əks etdirən videonu dərc edib.
FSB əməkdaşlarının xətt polisi şöbəsinin rəisini və hava limanının digər əməkdaşlarını saxladığı görünür. Həmçinin görüntülərdə ölkədən çıxmaq icazəsi olan miqrasiya kartları, pul və zinət əşyaları da əks olunub.
İyulun 13-də Nijni Novqorod hava limanında polis rəisi polkovnik Namiq Musayevin saxlanılması barədə xəbər vermişdik.
MUASİRMEDİA.AZ