Bu gün “Şah İsmayıl Xətai” DOĞUM GÜNÜDÜR

Tarix

Sabah Səfəvilər dövlətinin banisi, Azərbaycan şairi Şah İsmayıl Səfəvinin – I İsmayılın (1487-1524) doğum günüdür. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olub. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirib. Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazıb. Bununla əlaqədar olaraq “Şah İsmayıl Xətai” olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazıb. Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir