Akademik Azad Mirzəcanzadə bacısı İradə xanıma çox bağlı idi.
İkisi də ailə qurmamışdılar.
Anaları Asya xanımla bərabər yaşayırdılar. Azad müəllim 2005-ci ilə qədər aman-zaman bacısı ilə indiki 28 may küçəsindəki üç otaqlı mənzillərində yaşayıb çalışmışdı. Azad müəllim İradə xanımın vəfatından düz bir il sonra, əziz bacısı ilə bir gündə, eyni xəstəxana palatasının eyni yatağında dünyasını dəyişib. Hər il 17 iyulda bu insanların gözəl çöhrələri gözümün önündə canlanır və onları sonsuz ehtiramla yad edirəm.
MUASİRMEDİA.AZ
İbrahim Nəbioğlu.