Ukraynalı məşhur jurnalist Dmitri Qordonun Prezidentə sualı: “Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və müstəqilliyinə dəstəyinizi bəyan etmisiniz. Biz bunu unutmarıq.
Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”
Prezidentin cavabı: “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.
MUASİRMEDİA.AZ