Sea Breeze layihəsinin rəhbəri, məşhur iş və sənət adamı Emin Ağalarov kameralar qarşısında çıxış edərək vacib açıqlamalar verib.
Bu barədə onun açıqlaması “LiveNews Müzakirə” teleqram kanalında yayılıb. Emin Ağalarov artıq ekoloqlardan ibarət xüsusi bir komanda yaradıldığını bildirib.
“Həmin komandanın rəhbərliyinə tanınmış müstəqil ekolog, professor Firuzə xanımı gətirib:
“O mənim məsləhətçimdir və mən onun təqdimatlarını nəzərə alacam”
O, vurğulayıb ki, əsas məqsəd Sea Breeze şəhərciyini –Abşeronun şimal sahilini bəzəyən bu möhtəşəm layihəni dünyanın ən ekoloji şəhərlərindən birinə çevirməkdir. Emin Ağalarov xüsusi olaraq qeyd edib ki, o, layihənin ekoloji göstəricilərinə ciddi diqqət yetirir və bu məsələyə böyük qayğı ilə yanaşır.
Emin Ağalarovun açıqlamasını təqdim edirik:
MUASİRMEDİA.AZ