Yeni virus SÜRƏTLƏ YAYILIR – 1200 nəfər yoluxdu – Xəstəliyi, sən demə, ağcaqanadlar

Dünya

Çində yeni infeksiya olan çikunqunya qızdırması sürətlə yayılmağa başlayıb.

Cənubi Çinin Quanqdonq əyalətində, xüsusən də Foşan şəhərində yoluxma hallarının sayı 1200 nəfərə yaxınlaşıb.

Xəstəliyin yüngül formada keçməsi və ölüm halının qeydə alınmaması sevindirici hal kimi qiymətləndirilir.

Mütəxəssislər bildirir ki, çikunqunya qızdırması əsasən Aedes cinsi ağcaqanadların dişləməsi ilə yayılır. Virus kəskin hərarət, oynaq ağrıları və dəri səpgiləri ilə özünü büruzə verir. Simptomlar danq qızdırmasına bənzəyir və yoluxmuş şəxslərdə fiziki zəiflik yarada bilər.

Hazırda yoluxmalar lokal miqyasda olsa da, sürətli yayılma riski dünya ictimaiyyətini narahat edir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir