Nə Şapdayam, nə Şupda, Burda şarap-şurupda.”-Ə. B. Haqverdiyev

Tarix
‘Bir kəndlinin iki arvadı varmış, birinin adı Şövkət, o birinin isə Şəhrəbanu imiş. Kişi birini Şap, o birini Şup çağırırmış. Onlar bir yerdə yola getmədiklərindən kişi arvadlarının birini kəndin ortasından axan çayın o tayında, birini isə bu tayında saxlayarmış. Bir gecə o, Şupun evindən çıxır Şapın evinə getmək istərkən, ensiz körpüdən ayağı sürüşür, kişi çaya düşür. Nə qədər çalışır çaydan çıxa bilmir. Coşqun çay az qalır ki, onu aparsın. Kişi özünü zorla saxlayır, çaydan çıxmaq üçün əl-qol ataraq deyir:
Şup elə bilir, Şapdayam,
Şap elə bilir, Şupdayam.
Nə Şapdayam, nə Şupda,
Burda şarap-şurupda.”
Ə. B. Haqverdiyev
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir