Bu gecə Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobus İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişin isə, gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib.
Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.
Nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsi ilə Culfa gömrüyünə qədər getməyə icazə verilir.
İran tərəfi sərnişinlərə bidirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş.
Sərnişinlərin sözlərinə görə, İran tərəfi onları təhdid edərək, avtobusların saxlanılmasını ictimailəşdirməməyi tələb edir.
Sərnişinlər bildirib ki, onlara nə yemək, nə də su verilir:
“Əgər buraxmayacaqdılarsa, niyə gömrüyü keçməyə icazə verirdilər? İndi burda bizi məhbus kimi, girov kimi saxlayıblar. Nə Bilasuvara qayıda bilirik, nə də Culfa gömrüyünə gedə bilirik.
GünazTV (Güney Azerbaycan TV)
MUASİRMEDİA.AZ