“Milli Mətbuat – 150” minifutbol turnirinin qalibi bilindi

İdman

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.

Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri – “Kaspi”, “Kəşkül” və “Əkinçi” müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.

Sonda qalib komandaya kubok təqdim edilib.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir