Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib

Hadisə

Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan  yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.

  MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir