Rusiyada miqrantlara saxta sənəd düzəldən 4 azərbaycanlı həpis olunub

Hadisə

Moskvada 1000-dən çox miqranta saxta sənədlər düzəltməkdə ittiham olunan 4 azərbaycanlı saxlanılıb.

“RİA Novosti”-yaydıqı məlumatda bildirilib ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan 4 nəfər barəsində Çertanovski Rayon Məhkəməsinin hökmü qüvvəyə minib. İlham Məmmədov, Ədalət Rəcəbov, Qüdrət Mustafayev və Hüseyn Rəcəbli qanunsuz miqrasiyanın təşkilinə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əcnəbilər üçün saxta miqrasiya sənədləri hazırlamaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, qrup üzvləri ümumilikdə 1000-dən çox əcnəbidən azı 2 milyon rubl (43 472 manat) əldə edib.

Araşdırma zamanı saxta sənədlərin hazırlanması ilə məşğul olan iki qanunsuz laboratoriya da ləğv edilib.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir