Dində ölən adama ad günü etmək yoxdur

DIN

Dində ad günü, yas günü, il dönümünü, mövlud, matəm günləri yoxdur. Heç Peyğəmbərin ölümünü və doğumunu da qeyd etmək yoxdur.

“İnsana pərəstiş, şəxsiyyətə sitayiş dinin əleyhinədir. Dində yalnız yaradan uca tutulur. Ölmüş adamlara əvvəllər vəfat günü ilə əlaqədar il mərasimi verirdilər, indi də doğumunu da buna əlavə ediblər. Ölüyə ad günü məclisi təşkil edirlər. Şübhəsiz ki, bu dində yoxdur və bidətdir. Bunu edənlər də şübhəsiz ki, dindən uzaq adamlardır.
Bəziləri bir qədər maddi imkan əldə edən kimi belə şöhrətbazlıq edirlər. Amma kasıba, yetimə, fəqirə əl tutmurlar. Çünki Allahdan uzaqdırlar. Erməni adəti götürüb ölüyə ad günü keçirirlər. Elə adətlər ermənilərdə və yezidilərdə mövcuddur. Hətta qəbristanlıqda toy, musiqi də təşkil edirlər. İslamda isə qətiyyən qadağandır. İnsanın dünyaya gəldiyi gün bayram ola bilməz. İnsan əzablı bir aləmə düşüb. İnsanın xeyrli iş gördüyü gün bayram ola bilər, ehsan verilə bilər. Ələlxüsus da ölünün ad gününü keçirmək gülüncdür. Ola bilsin bəzi imkanlı adamlar toplaşıb yeyib-içməyə bəhanə axtarıblar və bunu tapıblar.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir