“Spiegel” dərginin məlumatına görə, Almaniya hökuməti Türkiyəyə 40 “Eurofighter” qırıcısının satışına icazə verib. Türkiyə 2023-cü ildən bəri belə təyyarələrin təhvil verilməsi üçün müraciət etmişdi, ancaq o vaxt kansler Şolzun rəhbərlik etdiyi hökumət müqaviləni təsdiq etməmişdi.
Məsələ ondadır ki, bu bahalı və müasir qırıcılar Britaniya, Almaniya və İtaliyanın birgə şirkətləri konsorsiumu tərəfindən istehsal edilir. Onların da satışı, ya verilməsi üçün birgə razılıq olmalı. Almaniya məsələyə yenidən baxıb, təsdiqləyib.
Eurofighter qırıcıları Türkiyənin müdafiə-hücum qabiliyyətini əhəmiyyətli gücləndirir. Və Türkiyə hökuməti bu təyyarələri yalnız NATO daxilindəki missiyalar üçün istifadə etməsinə də söz verib, bu məsələ ilə də əlaqədar bağlanan saziş üzrə.
Fikrimcə, bu qərar indiki dövrdə NATO daxilində hərbi-siyasi münasibətlərin güclənməsinə, həm də Türkiyənin son dövrdə Qərbə, Avropaya tərəf konkret yaxınlıq və həm birlik mövqeyinə uyğun, onun hərbi güclənməsinə yönəlibdir. Türkiyənin gücləndirilməsi, təbii, NATO-nun güclənməsidir.
T. Ərdoğanın bəzi, sərbəst siyasi gedişlərindən tələsik əhvallanaraq, Türkiyənin Qərbdən və ya NATO-dan çəkiləcəyi və hətta, gedib Rusiya ilə birləşəcəyini düşünən, deyən, yazanlar həmişə də yanılırlar. Türkiyə Qərbin, NATO-nun içidir və özüdür. Ərdoğan 3 il əvvəl özü, konkret bildirdi: “Rusiya NATO ilə savaşsa Türkiyə mütləq NATO tərəfində olmalı olacaq, Putin gərək, inciməsin”.
MUASİRMEDİA.AZ