Amerikanın məşhur aktyor faciəvi şəkildə həlak olub

Dünya

Amerikalı aktyor Malkolm-Camal Uorner Kosta-Rikada ailəsi ilə birgə istirahətdə olarkən boğularaq ölüb. Sürətli axın onu dənizə atıb və yüksək təzyiq üzməyə imkan verməyib. Nəticədə o boğulub. Daha sonra dalğalar Uorneri sahilə çıxarıb. Məşhur aktyora tibbi müdaxilə edilsə də, onu həyata qaytarmaq mümkün olmayıb. Qeyd edək ki, həm komediya həm də dram filmlərində rol alan aktyor daha çox 1984-1992-ci illərdə yayımlanan “The Cosby Show” adlı serialda canlandırdığı “Theo Huxtable” obrazı ilə məşhurlaşıb. O həmçinin “Fox” TV-nin tibbi dram serialı olan “The Resident”də həkim “AJ Austin” rolunu oynayıb.
MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir