UlU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN vəfatından sonra 2003-ci ildə İlham Əliyev Prezident seçildi və atası Heydər Əliyevin “Qarabağı-Şuşanı azad et”!
Vəsiyyətini yerinə yetirməyə söz verdi.
Ona görə Güclü və Qüdrətli Milli Ordumuzu yaratdı ən müasir silahlarla Ali Baş Komandan kimi təmin etdi.
Ordumuza qələbə qazanacağına tam əmin olandan sonra torpaqlarımızın Sulh yolu ilə azad olmasını, ermənilərin torpaqlarımızdan çəkilməsini tələb etsədə, ermənilər hec bir vəchlə torpaqlarımızdan çıxmaq istəmədilər.
***
2000-ci il Məhz İlham Əliyev Prezdent seçildiyi ildə fevral ayının 02-də Oğuz rayon Xaçmaz kəndində Təbriz İldırım oğlu dünyaya gəlmişdi.
1988- il fevral ayının 07 -də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov dünyaya gəldiyi eyni ayda, eyni bürc altında doğulmuşdu. Hələ on yaşı olanda taxtadan avtomat düzəldib deyirdi” Mən Mübariz kimi Qəhrəman olacağam. Mübarizin qisasını alacam, Qarabağımızdan erməni faşistlərinin məhv edəcəm!
Təbrizin doğum təqvimində Mübarizlə bir oxşarlıq vardı,sanki!
Təbriz gələcəkdə bəlkə də tarix yazacaq?, Qarabağı-Şuşanı azad edəcədi… Mübariz və Təbriz eyni ayda fevral ayında, eyni bürc altında doğulmuşdular.
***
Təbriz Cüməzadə 2006-2017 illərdə Mingəçevir şəhər İlqar Zeynalov adına II saylı tam orta məktəbində təhsil almışdı.
Təbriz oxuduğu məktəbin müəllim kollektivinin hörmətini qazanmış nümunəvi şagird olmuşdur.
Təbriz vətənpərvər idi, vətənini çox sevirdi.
Evin ikinci övladı idi, ondan böyük bir qardaşı da vardı.İki qardaş çox mehriban idilər.Bir-birlərinə bağlı idilər.
Təbriz 2018-ci ildə hərbi xidmətə çağırılmışdı.2019-cu ildə hərbi xidmətini başa vurmuşdu.Təbriz hərbi xidmətini Bakı şəhər Təlim Tədris Mərkəzində keçmişdir.Hərbi xidməti zamanı da sevilən və nümunəvi əsgər olmuşdur.
Hər zaman xalqımızın amalı sülh olsada, mənfur düşmən öz fitnəsindən əl çəkməyərək,
Tovuz rayonu istiqamətindən torpaqlarımıza hücum etdilər və güclü döyüşlər başladı Azərbaycanın Milli Qəhrəmanı General- Polkovnik POLAD Həşimov və bir necə vəzifəli zabitlərimiz, əsgərlərimiz şəhid oldu.Qəhrəman Xalqımız ayağa qalxdı, Ali Baş Komandan müharibə əmirinin verdi.
2020- çi il sentyabr ayının 27-də Milli Ordumuz Qubadlı istiqamətində hücuma keçərək torpaqlarımızı yağı düşmənlərdən azad etmək əmrini aldı.
Sentyabr ayının 29 -da səfərbərlik elan edilən gündən Təbriz cəbhəyə getmişdir.
Təbriz Gəncə N saylı hərbi hissədə təlim aldıqdan sonra kamil döyüşçü kimi döyüş meydanına atılmışdır.
Təbrizin döyüş yolu Fizuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Təbriz hər döyüşdə igidlik göstərmiş rayonların alınmasında böyük şücaət
göstərmişdir.Komandanlığın və əsgər dostlarının etimadın qazanmışdır.
Ən böyük şücaəti Təbrizin Şuşanın alınmasında olmuşdur.06 noyabrda ata-anası ilə telefonla danışıb,” tezliklə qələbə xəbərini verəcəyini, onları çox sevdiyini, şəhid olsam ağlamayın, mənimlə fəxr edərsiz”! deyə söyləmişdi.
Noyabrın 08- Şuşanı azad edən Milli Ordumuzun əsgəri Təbriz Cüməzadənin sevinci yerə-göyə sığmırdı.
Qələbə sevinci içərisində olan dostlar Təbrizin qəfil yıxıldığını görürlər,dostları onu qucaqlayıb qaldırırlar,amma… xain düşmən Təbrizi başından snayperlə vurmuşlar. Təbrizin üzündə qələbə nuru, Zəfər təbəssümü vardı.
Təbriz Cüməzadə Şuşanı azad etdikdən sonra şəhadətə qovuşur.
Təbriz Cüməzadə 44 günlük müharibənin 44-cü şəhidi kimi Mingəçevir Şəhər şəhidlər xiyabanında uyuyur!
Burda yenə rəqəmlər danışır, 44 günlük müharibə, 44-cü şəhid…Bu onun cənnətindən xəbər verir.
Şəhadətindən sonra
Təbriz Cüməzadə Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il Sərəncamı; ilə
Təbriz İldırım oğlu Cüməzadə VƏTƏNUĞRUNDA CƏSUR DÖYÜŞÇÜ MEDALI İLƏ TƏLTİF EDİR.
Təbriz Cüməzadə
FİZULİ UĞRUNDA,
CƏBRAİL UĞRUNDA,
XOCAVƏND UĞRUNDA,
ŞUŞA UĞRUNDA
medalları ilə təltif olmuşdur.
Təbriz haqqında şairlər şerlər yazmışlar və mahnılar bəstələnmişdir.
Musiqiçilərinin onun igidliyinə həsr olunmuş musiqilər ifa edirlər.
Təbriz haqqında hələ nə qədər şerlər, əsərlər yazılacaq.
Təbriz iyirmi yaşında idi, onun gözəl arzuları vardı, ən böyük arzusu Vətənə oğul olmaq və Vətən uğrunda şəhid olmaq idi.
Şəhidliyə ucalan Şuşa fatehi Təbriz Cüməzadə qədirbilən Azərbaycan Xalqımızın qəlbində əbədi yaşayacaqdır!
Azərbaycan xalqının
Vüqarısan,fəxrisən,
Qəhrəman şəhidisən!
Adı Vətən, ismi vətən,
Cəbrayılda, Fizulidə,
Xocavəndə addımının
hər izində gülü bitən,
İzi vətən şəhidisən!
Sən Şuşanı azad edən
Təbrizisən, şəhidisən!
24.07.2025.
MUASİRMEDİA.AZ
ALMAZ ALİ QIZI ALLAHEDİYEV
ALMAZ ALİ QIZI ALLAHEDİYEV