Tbilisidə,köçürmə əməliyyatında 4 nəfər inzibati qaydada saxlanılıb

Dünya
Tbilisidə, Tvalchrelidze küçəsindəki köçürmə əməliyyatı zamanı 4 nəfər inzibati qaydada saxlanılıb.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
Hazırda Tvalchrelidze küçəsində çox sayda polis əməkdaşı və İcra Bürosunun nümayəndələri cəlb olunub. Hadisə yerindən verilən məlumata görə, tərk edilmiş binada yaşayan sakinlərin məcburi köçürülməsi prosesi həyata keçirilir. İcra Bürosunun açıqlamasına əsasən, həmin binada vətəndaşların qalması təhlükə doğurur.
MM.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir