Şuşadan Moskvaya qayıdan Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Bu barədə müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb. Qeyd edək ki, Mixail Qusman jurnalist, radio və televiziya aparıcısıdır, 1999-cu ildən TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifəsini tutur. O, Rusiyada Azərbaycanı ən çox müdafiə edən jurnalistlərdəndir. Qeyd edək ki, Qusman bir neçə gün öncə Şuşa Qlobal Media Forumunda iştirak edib.
MUASİRMEDİA.AZ