Rusiya deputatı Valuyev həps olundu. Azərbaycanlıları təhqir edirmiş

Dünya
Rusiya Dövlət Dumasının deputatları, məşhur bokçu Nikolay Valuyev və üçqat olimpiya çempionu olan Vladislav Tretyakov 15 il müddətinə azadlıqdan məhrum edilib.
 Ukrayna məhkəməsi qərar çıxarıb. Ukraynanın Xmelnitski məhkəməsi boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev və üçqat olimpiya çempionu olan xokkeyçi Vladislav Tretyak barədə qiyabi şəkildə həbs olunması barədə məhkəmə qərarı çıxarıb. Onların hər ikisi Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunublar.
Məhkmə hər iki şəxsi əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, siyahıda işğalçı ölkənin Dövlət Dumasının digər deputatları da var.
Onu da xatırladaq ki, Valuyev azərbaycanlıların ünvanına təhqiramiz ifadə işlədib və onun bu fikri Azərbaycan cəmiyyətində ciddi rezinansa səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir