Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci
bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il
14 iyul tarixli 251-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin,
spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 66 (Cild I)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” üzrə:
1.1.1. 1-ci hissədən “(İCAO-nun)” sözləri çıxarılsın;
1.1.2. 2-ci hissə üzrə:
1.1.2.1. ikinci cümlədən “(İCAO-nun)” sözləri çıxarılsın;
1.1.2.2. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:
“Fotoşəklin altında kart giriş nömrəsini (card access number) ifadə edən “CAN”
abreviaturası qeyd olunur.”;
1.1.3. 3-cü hissə üzrə:
1.1.3.1. 3.1-ci bəndə “olunur” sözündən sonra “, habelə xüsusi işarənin altında
iki latın hərfindən və yeddi rəqəmdən ibarət vəsiqə nömrəsi, vəsiqənin verilmə tarixi və
vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “Dəyişən lazer təsvir” yerləşdirilir”
sözləri əlavə edilsin;
1.1.3.2. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. orta hissəsində “SOYADI/SURNAME”, “ADI/GIVEN NAME”, “ATASININ
ADI/PATRONYMIC”, “DOĞULDUĞU TARİX/DATE OF BIRTH”, “VƏTƏNDAŞLIĞI/
NATIONALITY”, “VERİLMƏ TARİXİ/DATE OF ISSUE”, “ETİBARLILIQ
MÜDDƏTİ/DATE OF EXPIRY”, “Dəyişən lazer təsvir”in aşağı hissəsində “CİNSİ/SEX”,
“FƏRDİ İDENTİFİKASİYA NÖMRƏSİ/PERSONAL NO”, “VƏSİQƏ SAHİBİNİN
İMZASI/HOLDER’S SIGNATURE” sözləri yazılır.”;
1.1.4. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
2
“5. Vəsiqənin arxa tərəfinin aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya
Təşkilatının tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət
oxunuş hissəsi, sol hissəsinin mərkəzində vəsiqə sahibinin kiçildilmiş təsvirini əks
etdirən “Dəyişən lazer təsvir” yerləşdirilir, həmin təsvirin sağ hissəsində
“ÜNVAN/ADDRESS”, “DOĞULDUĞU YER/PLACE OF BIRTH” və “QAN
QRUPU/BLOOD GROUP” sözləri yazılır.”;
1.1.5. 6-cı hissədən “(İCAO-nun)” sözləri çıxarılsın;
1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə III – “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə
1148 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissə üzrə:
2.1.1. 2.10-cu bənddən “(İCAO-nun)” sözləri çıxarılsın;
2.1.2. 2.12-ci bəndə “yer,” sözündən sonra “ünvanı (yaşayış yeri),” sözləri,
“identifikasiya nömrəsi,” sözlərindən sonra “kart giriş nömrəsi,” sözləri, “vəsiqənin
nömrəsi” sözlərindən sonra “, verilmə tarixi” sözləri əlavə edilsin və həmin bənddən
“(İCAO-nun)” sözləri çıxarılsın;
2.1.3. 2.13-cü bəndin ikinci cümləsindən “(İCAO-nun)” sözləri çıxarılsın;
2.1.4. 2.14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.14. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar
daxil edilir:
2.14.1. bu Əsasnamənin 2.12-ci bəndində göstərilən məlumatlardan –
vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, kart giriş nömrəsi,
vəsiqənin verilmə tarixi, fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası;
2.14.2. vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və
(və ya) adı;
2.14.3. vəsiqəni verən orqanın adı;
2.14.4. sənədin tipi;
2.14.5. vəsiqənin fərdiləşdirilməsinin tarixi və vaxtı;
2.14.6. fərdiləşdirmə sisteminin seriya nömrəsi;
2.14.7. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq müvafiq
sertifikatlar;
2.14.8. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi).”;
2.1.5. 2.14-1-ci bənd 2.14-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda
2.14-1-ci bənd əlavə edilsin:
“2.14-1. Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət
informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar
İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır:
2.14-1.1. vətəndaşın ailə vəziyyəti, boyu və hərbi vəzifəsi;
2.14-1.2. vətəndaşın gözlərinin rəngi;
2.14-1.3. vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın
qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;
2.14-1.4. vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən
soyadını dəyişdiribsə, nikahdan əvvəlki soyadı da göstərilir);
2.14-1.5. vətəndaşın uşaqlarının soyadı və adı;
2.14-1.6. vətəndaşın uşaqlarının doğum tarixi və cinsi.”;
3
2.1.6. 2.14-2-ci bənddə “vətəndaşın ailə vəziyyəti, boyu, hərbi vəzifəsi,
vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza
yaratma və elektron imzanı yoxlama məlumatları, habelə bu Əsasnamənin 2.14.4-cü,
2.14.6-cı, 2.14.7-ci və 2.14.13-cü” sözləri “bu Əsasnamənin 2.14.8-ci, 2.14-1.1-ci,
2.14-1.2-ci, 2.14-1.4 – 2.14-1.6-cı” sözləri ilə əvəz edilsin;
2.1.7. 2.16 – 2.17-ci bəndlər ləğv edilsin;
2.1.8. 2.18-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.18. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən və
İAMAS-da toplanılan, bu Əsasnamənin 2.14.1 – 2.14.8-ci, 2.14-1.2-ci və 2.14-1.6-cı
yarımbəndlərində nəzərdə tutulan məlumatlar dəyişdirilməyən, bu Əsasnamənin
2.14-1.1-ci, 2.14-1.3 – 2.14-1.5-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar isə bu
Əsasnamənin 2.29-cu bəndində göstərilən dövlət orqanları tərəfindən dəyişdirilə bilən
(aktuallaşdırılan) məlumatlardır.”;
2.1.9. 2.19-cu bənddə “2.14.3-cü, 2.14.4-cü, 2.14.8-ci – 2.14.11-2-ci” sözləri
“2.14.3 – 2.14.6-cı, 2.14-1.1-ci, 2.14-1.2-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən
“imza yaratma məlumatları və” sözləri çıxarılsın;
2.1.10. 2.20-ci bənddə “2.14.1-ci – 2.14.11-2-ci” sözləri “2.14.1 – 2.14.6-cı və
2.14-1.1 – 2.14-1.6-cı” sözləri ilə əvəz edilsin və həmin bənddən “imza yaratma
məlumatları və” sözləri çıxarılsın;
2.1.11. 2.21-ci bənddə “bəndində” sözü “və 2.14-1-ci bəndlərində” sözləri ilə
əvəz edilsin və həmin bənddən “(imza yaratma məlumatları istisna olmaqla)” sözləri
çıxarılsın;
2.1.12. 2.22-ci bəndin ikinci cümləsinə “atasının adı” sözlərindən sonra
“, ünvanı (yaşayış yeri)” sözləri əlavə edilsin;
2.1.13. 2.23-cü bəndə “atasının adının” sözlərindən sonra “, ünvanının (yaşayış
yerinin)” sözləri əlavə edilsin;
2.1.14. aşağıdakı məzmunda 2.23.1-1-ci yarımbənd əlavə edilsin:
“2.23.1-1. şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlar dəyişdikdə, həmin
dəyişiklikləri təsdiq edən sənəd;”;
2.1.15. 2.29-cu bəndin birinci abzasına “(çipdə)” sözündən sonra
“və İAMAS-da” sözləri əlavə edilsin;
2.1.16. 2.29.1-ci yarımbənddən “yaşadığı yer və” sözləri çıxarılsın;
2.1.17. 2.29.2-ci yarımbənddə “2.14.5-ci – 2.14.7-ci” sözləri “2.14-1.3 –
2.14-1.5-ci” sözləri ilə əvəz edilsin;
2.1.18. 2.29.4-cü yarımbənd ləğv edilsin;
2.2. Əsasnaməyə 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası vətəndaşına
şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket” üzrə:
2.2.1. 1-ci hissə üzrə:
2.2.1.1. 1.1.1.6-cı abzasda “Yaşayış yeri” sözləri “Ünvanı (yaşayış yeri)” sözləri
ilə əvəz edilsin;
2.2.1.2. aşağıdakı məzmunda 1.1.1.16-cı abzas əlavə edilsin:
“1.1.1.16. Fərdi identifikasiya nömrəsi”;
2.2.1.3. 1.1.3.4-cü abzasda “Şəxsiyyətini təsdiq edən sənədin” sözləri “Fərdi
identifikasiya” sözləri ilə əvəz edilsin;
2.2.1.4. 1.1.3-1-ci yarımbənd ləğv edilsin;
2.2.2. 2.1.3.4-cü abzasda “vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi
və ya qəyyumu” sözləri “vətəndaşın qanuni nümayəndəsi” sözləri ilə əvəz edilsin;
2.3. Əsasnaməyə 2 nömrəli Əlavə – “Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket” üzrə:
2.3.1. 1-ci hissə üzrə:
4
2.3.1.1. 1.1.1.6-cı abzasda “Yaşayış yeri” sözləri “Ünvanı (yaşayış yeri)” sözləri
ilə əvəz edilsin;
2.3.1.2. aşağıdakı məzmunda 1.1.1.16-cı abzas əlavə edilsin:
“1.1.1.16. Fərdi identifikasiya nömrəsi”;
2.3.1.3. 1.1.3.4-cü abzasda “Şəxsiyyətini təsdiq edən sənədin” sözləri “Fərdi
identifikasiya” sözləri ilə əvəz edilsin;
2.3.1.4. 1.1.3-1-ci yarımbənd ləğv edilsin;
2.3.2. 2-ci hissə üzrə:
2.3.2.1. aşağıdakı məzmunda 2.1.3.1-1-ci abzas əlavə edilsin:
2.1.3.1-1. Şəxsiyyət vəsiqəsinin
üzərində olan məlumatlar dəyişdikdə,
bunu təsdiq edən sənəd
2.3.2.2. 2.1.3.2-ci abzasda “vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi
və ya qəyyumu” sözləri “vətəndaşın qanuni nümayəndəsi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2025-ci il 14 iyul tarixli 251-VIIQD nömrəli Qanunundan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2025-ci il
