Bu gün Nəcibə Məlikovanın anım günüdür-foto

Mədəniyyət
 “Ögey ana” filminin “Cəmilə”si Sevinc Axundova: “Film çəkiləndə Nəcibə xanımdan nəinki mən, bütün uşaqlar ana qayğısı gördü.
Hamı bir-biri ilə çox yaxın dost idi”. O, həm yaxşı oxumağı bacarırdı, həm də gözəl rəqs etməyi. Xüsusən “Tərəkəmə”ni böyük həvəs və bacarıqla oynayırdı.
Gəlini Arifə: “Sənətə bağlı olduğu qədər evə, ailəyə, evdar xanım vərdişlərinə də bağlı idi. Son dərəcə təmizkarlığı ilə seçilirdi. Yaxşı xörəklər bişirməyi var idi. Nəcibə xanım özü daha çox balıq yeməklərini xoşlayırdı”.
Nəcibə xanım Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulub. Həyatının sonuna kimi – 27 il şəkər xəstəliyi ilə yaşadı. Bakıda vəfat edən aktrisa ikinci Fəxri xiyabanda dəfn olunub.
2 kişi görseli olabilir
muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir