Xroniki böyrək xəstəliyi ilə dişlərin tökülməsi arasında əlaqə olduğunu müəyyən ediblər.

Səhiyyə

Koreyalı alimlər xroniki böyrək xəstəliyi ilə dişlərin tökülməsi arasında əlaqə olduğunu müəyyən ediblər.

“Renal Failure” jurnalında dərc olunan nəticələrə görə 20-dən az dişi olan insanlarda xroniki böyrək xəstəliyinə daha çox rast gəlinir. Bu əlaqə yaş, cins, gəlir səviyyəsi, siqaret, şəkərli diabet və yüksək təzyiq kimi amillər nəzərə alındıqdan sonra da özünü göstərib.

Hesablamalara əsasən ağız boşluğunun bu vəziyyətdə olması böyrək xəstəliyinə tutulma riskini təxminən üçdə bir artırır. Alimlər böyrək xəstəliklərinin qarşısının alınması və müalicəsində ağız sağlamlığının da nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu yaxınlarda elm adamları laboratoriyada ilk dəfə insan dişi yetişdirməyə nail olublar. Bu isə gələcəkdə dişlərin bərpasına yanaşmanı tamamilə dəyişə bilər.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir