Amerika güləşi tarixində əfsanəvi simalardan biri hesab edilən Hulk Hogan, 71 yaşında dünyasını dəyişib.
Hulk Hogan uzun illər boyunca peşəkar güləşin ən tanınmış və sevilən simalarından olan Hoganın ölümü, həm pərəstişkarları, həm də güləş camiəsində böyük kədər doğurub.
Məşhur güləşçi, gələn ay 72 yaşını qeyd etməyə hazırlaşırdı. Lakin o, dünən səhər saatlarında keçirdiyi infarkt nəticəsində həyatını itirib.
Hoganın ölümü ilə bağlı xəbər güləş dünyasında və ictimaiyyətdə dərin üzüntü ilə qarşılanıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl Hulk Hoganın komada olduğu ilə bağlı şayiələr yayılmışdı. Lakin həyat yoldaşı Sky Hogan bu məlumatları təkzib edərək, əfsanəvi güləşçinin əməliyyatlardan sonra vəziyyətinin yaxşı olduğunu bildirmişdi.
MM.AZ