27 iyul – bazar gününə keçən gecə dronlar Rusiyanın Volqoqrad vilayətinə hücum edərək dəmir yolunun elektrik təchizatını kəsiblər. Hücumun miqyası və dəymiş ziyan hələ də bəlli deyil.
Bu haqda “UNİAN” məlumat yayıb
Qubernator Andrey Boçarov telegram-kanalında “Dronların dağıntılarının düşməsi nəticəsində Oktyabrski rayonunda dəmir yolunun təmas şəbəkəsinin elektrik təchizatı kəsilib, – deyə bildirib. Onun sözlərinə görə, itkilər barədə məlumat yoxdur.
Rusiya mətbuatı Volqoqrad vilayətində sərnişin qatarlarının “PUA hücumu səbəbindən” gecikdiyini bildirib. Volqoqrad hava limanı da bağlanıb.
Eyni zamanda, “Exilenova+” telegram-kanalının yazdığı kimi, Rusiya regionunda “düşmənin hərbi logistika üçün istifadə etdiyi mühüm dəmir yolu rabitəsini sıradan çıxarmaq üçün sistemli iş davam edir”.
Qeyd edilir ki, Rusiya rəsmilərinin telegram-da verdiyi məlumata görə, Rusiyanın qərb və cənubunda bir sıra digər bölgələrdə, o cümlədən Rostov, Bryansk, Lipetsk viulayətlərində və ilhaq edilmiş Krım ərazisində də Ukrayna pilotsuz təyyarələrinin hücumu barədə xəbərdarlıq edən hava hücumu sirenləri verilib.MM.AZ