Rusiyanın həkimləri yumurtalıqdan12 kiloqramlıq şişi çıxardıblar

Səhiyyə

Rusiyanın Orel şəhərində həkimlər yumurtalıqdan qaynaqlanan və bütün qarın boşluğunu tutan 12 kiloqramlıq şişi çıxararaq qadının həyatını xilas ediblər.

Həkimlərin sözlərinə görə, Oksana adlı xəstə uzun müddət tədricən çəki aldığını düşünərək bunu sadəcə çox yeməklə əlaqələndirib. Lakin bir məişət zədəsi nəticəsində ağrılar başlayıb və ultrasəs müayinəsi zamanı nəhəng ölçülü şiş aşkarlanıb. KT müayinəsi şişin yumurtalıqdan başlayaraq ağciyərlərə qədər uzandığını göstərib.

Əməliyyat iki saatdan az çəkib və cərrahlar şişin zədələnməməsi üçün son dərəcə ehtiyatla müdaxilə ediblər. Onkoginekoloq Aleksandr Kvilenkovun sözlərinə görə, xəstə tam müalicə alıb və təkrar əməliyyata ehtiyac yoxdur.

Əməliyyatdan sonra qadının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ümumilikdə 15 kiloqram arıqlayan Oksana bütün qadınlara vaxtında müayinədən keçməyi tövsiyə edib.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir