Fatma Muxtarova… O, Azərbaycan SSR Xalq artisti və Gürcüstan SSR Əməkdar artisti idi

Tarix
Fatma Muxtarova… O, Azərbaycan SSR Xalq artisti və Gürcüstan SSR Əməkdar artisti idi; məşhur opera müğənnisi və aktrisa idi.
Onun çox acınacaqlı həyat hekayəsi olub. Uşaqlığı çətinliklərlə, maddi və mənəvi sıxıntılarla keçib. Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. 3 yaşı olanda atası Abbas kişini itirib. Anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurduqdan sonra ailə 1910-cu ildə Saratovda məskunlaşır.
Anasının ikinci dəfə ailə qurması onun həyatını alt-üst edir. Bununla da onun həyatının acınacaqlı günləri başlayır. Alverçi olan atalığı yüngül yolla qazancı və “şən həyatı” xoşlayırdı. Ailə zirzəmilərdə, daxmalarda yaşasa da o, ailəsinə heç nə vermir, tez-tez anasını və Fatma xanımı döyürdü. Yeddi yaşı olanda ailə Peterburqa köçür. Valideynləri qərara gəlirlər ki, onu dilənməyə göndərsinlər. Qızcığaz nə qədər ağlasa da, yalvarsa da xeyri olmur. Şaxtalı qış günündə onu küçəyə buraxıb pulsuz geri qayıtmamağı tapşırırlar. Fatma xanım həmin günləri müsahibələrinin birində belə xatırlayıb: “Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim “uzanmadı”. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım. Pəncərələr açıldı. Adamlar mənə cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar. İlk “konsertimdən” sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım”.
Küçədə oxuyaraq qazanıb evə gətirdiyi pulla valideynləri ona şarmanka alır, beləliklə də küçə müğənniləri ilə nəğmə dərsləri başlanır. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı..
.
1 kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir