Ocaqla ehtiyatsızlıq şəxsin həbsinə səbəb oldu – Diqqət!

Hadisə
İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarının yaxınlığında baş verən yanğın hadisəsinin səbəbi ehtiyatsızlıq olub.
Araşdırmalarla müəyyən edilib ki, 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlamaq məqsədilə qaladığı ocaqla ehtiyatsız davranıb və nəticədə təxminən 40 kv.m yaşıllıq sahəsi yanaraq məhv olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə M.İsmayılov saxlanılıb və barəsində həbs qərarı verilib.
 Adi bir ehtiyatsızlıq təbiətə, insanlara və təhlükəsizliyə böyük ziyan vura bilər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir