Anadan gəlmə çox nadir və mürəkkəb ürək xəstəliyin əməliyyatı baş verib

Səhiyyə
 Həyat eşqli gəncin adı Salehdir. O, Bərdənin Mirzəxan kəndindəndir. Anadan olduğu gündən çox nadir və mürəkkəb ürək qüsurlarıyla dünyaya gəlib: TGA tipli ,Fallot tetradası ilə birlikdə seyredən ,PulmonarAtreziya və qalxan AortanınAnevrizması.
Bu diaqnozlar dünyada həm anatomiya, həm əməliyyat, həm də qərar baxımından bəlkədə ən çətin müştərək anadangəlmə ürək qüsurlarından sayılır.
İllərlə bu vəziyyətdə əməliyyatın mümkünsüzlüyü deyilmişdi. Ancaq son günlərdə vəziyyətinin kəskin ağırlaşması səbəbilə xəstəxanamıza gətirildi. Artıq seçim qalmamışdı. Biz xəstə və komanda olaraq bir-birimizə güvənərək bu ağır əməliyyatı girməyə qərar verdik. Və çox şükür ki, bu gün Saleh sağ-salamat yanımızdadır və sabah onu evinə yola salırıq.
Bəli… uğur, bəzən yalnız texniki və elmi biliklə deyil, qəlbdən inanmaqla, ümidi itirməməklə və birlik ruhuyla əldə edilir.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir