Yetişdirdiyimiz tərəvəzlər arasında xüsusi yer tutanlardan biri də bibərdir. Dadı ilə yeməklərə ləzzət qatan bu tərəvəz, eyni zamanda sağlamlığımız üçün də olduqca faydalıdır.
Bibər orqanizm üçün əsl vitamin deposudur. Tərkibində bol miqdarda C vitamini var – hətta portağaldan da çox! Bu isə immun sistemini gücləndirir, soyuqdəyməyə qarşı müqaviməti artırır. Bibərin tərkibindəki antioksidantlar orqanizmdəki sərbəst radikallarla mübarizə aparır, hüceyrələri qoruyur və xərçəngə qarşı profilaktik təsir göstərir. Kapsaisin adlı maddə isə xüsusilə acı bibərlərdə daha çox olur. Bu maddə metabolizmi sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir və eyni zamanda ağrıkəsici təsirə malikdir. Bibər həm də gözlərin sağlamlığını qoruyur, dəriyə parlaqlıq verir və orqanizmdə iltihab proseslərinin qarşısını alır. Qısacası, bibər təkcə süfrəmizi deyil, sağlamlığımızı da zənginləşdirir!
https://www.youtube.com/watch?v=NXwbL4sx7WI&feature=youtu.be
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU